Tur rəhbəri bədbəxt hadisə nəticəsində öldü

Tur rəhbəri bədbəxt hadisə nəticəsində öldü
  02 Avqust 2025    Oxunub:455
Lerik rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
AzVision.az xəbər verir ki, bədbəxt hadisə Astara rayonunun Hamuşam kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənddə turistlərə bələdçilik edən tur rəhbəri Lerik rayonunun Günəşli kənd sakini, 29 yaşlı Rufiz Zamanov ehtiyatsızlıqdan yıxılıb.

Nəticədə, o, baş nahiyəsindən ağır xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:



Xəbər lenti