Qubada tullantı poliqonunda yanğın başlayıb

Qubada tullantı poliqonunda yanğın başlayıb
  03 Avqust 2025    Oxunub:1181
Qubada tullantıların toplandığı poliqonda yanğın davam edir.

AZƏRTAC xəbər verir ki, Dəvədabanı yaşayış massivində yerləşən poliqonda başlayan yanğın güclü külək səbəbindən qısa müddətdə 3 hektara qədər ərazini əhatə edib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb.

Yanğının tam söndürülməsi istiqamətində iş aparılır.


Teqlər:



Xəbər lenti