İtaliya prezidenti and içdi

İtaliya prezidenti and içdi
  23 Aprel 2013    Oxunub:1193
Dövlət başçısı bütün siyasi partiyaları dialoqun bərpasına çağırıb
Növbəti dəfə dövlət başçısı seçilən Napolitano ölkədə korrupsiyaya və hərc-mərcliyə görə məsuliyyət daşıyanlara müraciət etdiyini bildirərək onların məqsədlərinə nail olmayacaqlarını vurğulayıb. İslahatları sürətləndirəcəyinə vəd verən İtaliyanın dövlət başçısı bütün siyasi partiyaları dialoqun bərpasına çağırıb.

O deyib ki, hazırkı vəziyyətdə ixtilafı davam etdirmək doğru deyil. İndi danışıqlar apararaq razılığa gəlmək vaxtıdır. 88 yaşlı prezident parlamentin ölkənin taleyi üçün həlledici islahatları həyata keçirməyəcəyi təqdirdə istefa verəcəyi ilə də hədələyib.

Bu gündən Napolitano rəsmi olaraq yeni kabinetin formalaşdırılması istiqamətində danışıqlara başlayacaq.

Səbinə Həsənova
Azvision.az



Teqlər:





Xəbər lenti