İki rayonda qaz kəsiləcək

İki rayonda qaz kəsiləcək
  05 Avqust 2025    Oxunub:762
Bu gün Bakının Binəqədi və Sabunçu rayonlarının bəzi qəsəbələrində qaz təchizatı dayandırılacaq.
"Azəriqaz" AzVision.az -a məlumat verilib ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsində və Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar avqustun 5-də saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Biləcəri qəsəbəsinin A.Zeynallı, Q.Məmmədov, Ş.İ.Xəqani, M.Hüseynzadə və İ.Kərimov küçələrinin, Kürdəxanı qəsəbəsinin isə V. Əliyev, X.Əzimov, H.Hacıyev və Ə.Məlikov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər: qaz   fasilə  



Xəbər lenti