DQİDK sədri Hacıqabulda məscidləri ziyarət edib

DQİDK sədri Hacıqabulda məscidləri ziyarət edib
  05 Avqust 2025    Oxunub:959
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Ramin Məmmədov avqustun 4-də Hacıqabul şəhərindəki "Cümə", Xilə "İmam Hüseyn" və "Hacı Yadulla" məscidlərini ziyarət edib.
Dövlət Komitəsindən AzVision.az -a məlumat verilib ki, ziyarət zamanı komitə sədri məscidlərin fəaliyyəti ilə tanış olub və din xadimləri ilə görüşlər keçirib.

R.Məmmədov dini azadlığın və dövlətin dini sahəyə göstərdiyi diqqətin Azərbaycan cəmiyyətində qarşılıqlı hörmət və tolerantlıq prinsiplərini möhkəmləndirdiyini qeyd edib.

Komitə sədri dinin mahiyyətinin olduğu kimi təbliğ edilməsində, dinlərarası dialoqun, əməkdaşlığın, vəhdətin, tolerant dəyərlərin təşviqində din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb. Din xadimlərini İslamın sülh, əmin-amanlıq, insanpərvərlik və həmrəylik ideyalarının, milli birlik ənənələrinin, mənəvi dəyərlərin təbliğində daha fəal iştiak etməyə çağırıb.

Din xadimləri və yerli icma üzvləri dövlətin dini sahəyə göstərdiyi dəstəyi və diqqəti yüksək qiymətləndirdiklərini vurğulayıblar. Azərbaycanda dini maarifləndirmə və gənclərin düzgün tərbiyəsi istiqamətində yeni layihə və proqramların həyata keçirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

AzVision.az


Teqlər: DQİDK  



Xəbər lenti