Cəbrayılda otlağı yandıranlar tutulublar

Cəbrayılda otlağı yandıranlar tutulublar
  05 Avqust 2025    Oxunub:960
Cəbrayıl rayonunun Minbaşılı kəndi ərazisində otlaq sahədə baş vermiş yanğın hadisəsi ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb.
DİN-in Mətbuat Xidmətindən AzVision.az -a verilən məlumata görə, araşdırmalarla 50 hektar ərazinin yanması ilə nəticələnən hadisənin Elçin Abdullayev, Elşən Nağılı, Fariz Məmmədli, Rəvan Mirzəyev, Fərid Məmmədli, Fariz Əlişov, Əhəd Əhədov və Sadiq Həsənov tərəfindən törədildiyi müəyyən edilib və onlar saxlanılıblar.

Hazırda faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları aparılır.

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti