Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq

   Naxçıvanın elektrik şəbəkəsi yenidən qurulacaq
  05 Avqust 2025    Oxunub:1095
Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsi yenidən qurulacaq və bərpa olunacaq.
AzVision.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Sərəncama əsasən, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etsin və icranın gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Nazirlər Kabineti Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə növbəti illərdə dövlət büdcəsi layihələrində tələb olunan maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

AzVision.az


Teqlər: Prezident   sərəncam  



Xəbər lenti