Rəşad Nəbiyev BƏƏ-nin sənaye naziri ilə görüşüb

Rəşad Nəbiyev BƏƏ-nin sənaye naziri ilə görüşüb
  05 Avqust 2025    Oxunub:777
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Əbu-Dabidə BƏƏ-nin sənaye və ən yeni texnologiyalar naziri Sultan Əhməd Əl-Caberlə görüş keçirib.
Nazirlikdən AzVision.az - a bildirilib ki, görüşdə süni intellekt, kibertəhlükəsizlik, rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsi, kadr potensialının artırılması, təlim, mübadilə və təqaüd proqramlarının təşkili məsələləri müzakirə edilib.

Həmçinin süni intellekt sahəsində birgə tədqiqat və inkişaf mərkəzinin yaradılması, müştərək investisiya imkanlarının araşdırılması, birgə risk kapitalı fondunun təşkil edilməsi barədə fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər: RİNN  



Xəbər lenti