Günəşdə güclü partlayış qeydə alınıb

Günəşdə güclü partlayış qeydə alınıb
  05 Avqust 2025    Oxunub:401
Günəşdə yeni – M sinfinə aid güclü partlayış qeydə alınıb. Bu avqust ayında qeyd alınmış sayca dördüncü belə partlayışdır.
AzVision.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi “Telegram” kanalında məlumat yayılıb.

İnfoqrafikaya əsasən – Bakı vaxtı ilə 07:00-da (5 avqust) Günəşdə 4168 saylı sahədə M sinfindən olan işartı müşahidə olunub.

Avqustda ilk belə işartı avqustun 3-də qeydə alınmışdı və son bir ayın Günəşdə baş vermiş ən güclü partlayışı olmuşdu – gücü M2,9 bala çatmışdı. Növbəti iki partlayış isə М1.4 və М.2.0 gücündə olmuşdu.

AzVision.az





Teqlər:



Xəbər lenti