Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib

 Zəngilanda vətəndaşlara səyyar ASAN xidmət göstərilib
  06 Avqust 2025    Oxunub:1084
Zəngilan rayonunun Ağalı kəndinin Dövlət Xidmətləri Mərkəzindəki “ASAN xidmət” köşkü vasitəsilə növbəti dəfə vətəndaşlara xidmət göstərilib.
Bu barədə AzVision.az -a "ASAN xidmət"dən məlumat verilib

Vətəndaşlara müəyyən onlayn xidmətlər üzrə yerində, digər növ xidmətlər üzrə isə müraciətləri qəbul edilməklə Səyyar ASAN xidmət vasitəsilə xidmət göstərilib.

Bu çərçivədə ümumilikdə 35 nəfər vətəndaşa şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətləri ilə bağlı müvafiq xidmətlər təmin edilib.

Xatırladaq ki, Zəngilan rayonunun Ağalı kəndində Dövlət Xidmətləri Mərkəzi 4 avqust 2022-ci il tarixində faəliyyətə başlayıb.

AzVision.az


Teqlər:



Xəbər lenti