Ötən ay 118 nəfər zəhərlənib, 3-ü ölüb

   Ötən ay 118 nəfər zəhərlənib, 3-ü ölüb
  06 Avqust 2025    Oxunub:756
İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya (KTM) şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib.
AzVision.az xəbər verir ki, bu barədə KTM məlumat yayıb.

Şöbəyə qəbul edilən xəstələrdən 39-u dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənib. Həmçinin 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 qadın, 2 kişi) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.


AzVision.az


Teqlər:



Xəbər lenti