Dövlət büdcəsinin profisiti 3,5 mlrd. manatı ötüb

Dövlət büdcəsinin profisiti 3,5 mlrd. manatı ötüb
  06 Avqust 2025    Oxunub:364
2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 23,48 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 4% çoxdur.
AzVision.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, büdcənin xərcləri isə son bir ildə 2,5% artaraq 19,94 milyard manata yüksəlib. Başqa sözlə, büdcə gəlirləri proqnozdan 3,1 % çox, büdcə xərcləri isə proqnozdan 1 % az icra edilib.

Ümumilikdə bu ilin ilk yeddi ayında dövlət büdcəsində 3,54 milyard manat profisit yaranıb. Son bir ildə büdcənin profisiti 13% artıb.

AzVision.az



Teqlər:



Xəbər lenti