Səfir Azərbaycandakı yəhudilərlə görüşüb

Səfir Azərbaycandakı yəhudilərlə görüşüb
  08 Avqust 2025    Oxunub:397
İsrailin Azərbaycandakı səfiri Ronen Kraus ölkədəki yəhudi icmalarının nümayəndələri ilə görüşüb.
-ın məlumatına görə, bu barədə səfirlik özünün "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

"Azərbaycandakı işinin ilk həftəsində səfir Azərbaycan cəmiyyətinin mühüm hissəsi olan aşkenazi, sefard və dağ yəhudiləri icmalarının nümayəndələri ilə görüşüb. Tərəflər fikir mübadiləsi aparıb və Azərbaycanda bu icmalara göstərilən təhlükəsizlik səviyyəsini, hörmət və dərin ehtiramı təsdiqləyiblər", - səfirlik qeyd edir.

AzVision.az



Teqlər:



Xəbər lenti