Tramp və Putin harada görüşəcəklər?

   Tramp və Putin harada görüşəcəklər?
  08 Avqust 2025    Oxunub:1350
ABŞ Prezidenti Donald Tramp və rusiyalı həmkarı Vladimir Putinin gözlənilən görüşü avqustun 11-də baş tuta bilər.
Bu barədə ABŞ-nin "Fox News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb. Eyni zamanda, görüşün İtaliyanın paytaxtı Roma şəhərində keçiriləcəyi ehtimalı da diqqətə çatdırılıb.

Hərçənd Rusiyanın "TASS" xəbər agentliyinin məlumatına əsasən, liderlər Avropada yox, ərəb ölkələrindən birində görüşəcəklər.
TASS: "Liderlərin görüşü ərəb ölkəsində keçirilə bilər"

Xatırladaq ki, dünən Britaniyanın "The Guardian" qəzeti, ABŞ-nin "The New York Times" qəzeti və "CNN" telekanalı kimi nüfuzlu media orqanları da, öz mənbələrinə istinadən, gələn həftə Donald Trampla Vladimir Putin arasında görüşün baş tuta biləcəyi məlumatını yayıb. Eyni zamanda, Donald Tramp öz elçisinin Rusiyaya səfərini və apardığı danışıqları "Ukraynada müharibənin həlli istiqamətində "böyük irəliləyiş" adlandıraraq, bu xəbəri təsdiqləyib. Rusiya tərəfindən isə Vladimir Putinin xarici siyasət məsələləri üzrə köməkçisi Yuri Uşakov yerli mətbuata açıqlamasında "liderlərin görüşünün reallaşması məqsədilə hazırda konkret işlər görülməkdədir" söyləyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Rusiya   prezident   görüş  



Xəbər lenti