Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib

   Mehriban Əliyeva Vaşinqtonda keçirilən görüşə dair paylaşım edib
  09 Avqust 2025    Oxunub:1501
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan Prezidentinin və Ermənistanın Baş nazirinin Vaşinqton şəhərində keçirilmiş görüşünə dair sosial şəbəkə hesablarında paylaşım edib.
AzVision.az paylaşımı təqdim edir:

“Bu gün Vaşinqtonda Azərbaycan Prezidenti, Amerika Birləşmiş Ştatlarının Prezidenti və Ermənistanın Baş naziri tərəfindən Birgə Bəyannamə imzalandı və sülh sazişi paraflanmaqla yekun sülh sazişi istiqamətində mühüm addım atıldı.

Bu tarixi hadisə münasibətilə xalqımızı təbrik edirəm!

Qoy, hər zaman sülh olsun! Torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhidlik zirvəsinə yüksəlmiş qəhrəman oğullarımıza Allah rəhmət eləsin! Uca Tanrı hər zaman doğma Azərbaycanımızı qorusun!”.

AzVision.az


Teqlər:



Xəbər lenti