"Azercell Telecom" Beynəlxalq İnformatika Olimpiadasında uğur qazanmış məktəbliləri təbrik edir
Olimpiada çərçivəsində iştirakçılar iki gün ərzində mürəkkəb alqoritmik tapşırıqları həll edərək analitik düşüncə, problem həll etmə və proqramlaşdırma bacarıqlarını nümayiş etdiriblər. Onların təqdim etdikləri həllər 100 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilib.
Azərbaycan 1994-cü ildən etibarən Beynəlxalq İnformatika Olimpiadasında təmsil olunur. Belə ki, məktəblilər 1994–2019-cu illər ərzində ölkəyə beş medal, 2020–2025-ci illərdə isə on bir medal qazandırıblar. Cari ildə əldə edilmiş nailiyyətlər Azərbaycanın bu olimpiadadakı rekord nəticəsi olmaqla yanaşı, iki şagirdin dünya sıralamasında ilk yüzlüyə daxil olması ilə də xüsusi əhəmiyyət kəsb edir.
“Azercell Telekom” MMC, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu ilə əməkdaşlıq çərçivəsində artıq səkkiz ildir ki, məktəblilərin beynəlxalq olimpiadalara hazırlıq prosesinə dəstək verir. Bu təşəbbüs istedadlı gənclərin İT və İKT sahələrində bilik və bacarıqlarının inkişafına, eləcə də onların beynəlxalq müsabiqələrdə uğurlu çıxışlarına töhfə vermək məqsədi daşıyır.
"Azercell Telecom" qalib məktəbliləri təbrik edir, onlara gələcək olimpiadalarda yeni uğurlar arzulayır!
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


