Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişib

   Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibi dəyişib
  12 Avqust 2025    Oxunub:478
Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncama əsasən, Muxtar Babayev – Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi statusunda Müşahidə Şurasının tərkibinə daxil edilib.

Qeyd edək ki, Muxtar Babayev bundan əvvəl Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasında ekologiya və təbii sərvətlər naziri kimi təmsil olunub.

AzVision.az


Teqlər:



Xəbər lenti