Qanunsuz sərnişin daşıyan sürücü həbs edilib
Bildirilib ki, qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olaraq həm özünün, həm də daşıdığı sərnişinlərin həyatını ciddi risk altına atan sürücü Ekoloji nəzarət postunda saxlanılıb.
Sürücü Həsənov Əlifağa Aqil oğlu ilə aparılmış profilaktik söhbətdən sonra barəsində müvafiq sənədləşmə aparılaraq toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 20 gün müddətinə inzibati qaydada həbs edilib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


