Polis yanğın törədən şəxsləri saxlayıb

Polis yanğın törədən şəxsləri saxlayıb
  14 Avqust 2025    Oxunub:1135
Cəlilabad rayonu Göytəpə şəhərində avqustun 13-də yanğın hadisəsi törədən şəxs məsuliyyətə cəlb olunub
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, yanğının 1982-ci il təvəllüdlü Ziyafət Məmmədov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində biçilmiş əkin sahəsi və kol-kos yanıb. Z.Məmmədov məsuliyyətə cəlb edilib.

Polis əməkdaşları Quba rayonunda biçilmiş taxıl sahəsini yandıran şəxsi saxlayıb. Araşdırmalarla qanunsuz əməli rayon sakini Elvin Məmmədovun törətdiyi məlum olub. Saxlanılan şəxs məsuliyyətə cəlb olunub.


AzVision.az


Teqlər:



Xəbər lenti