Turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artıb

Turagentlərin və turoperatorların gəliri 2 dəfədən çox artıb
  14 Avqust 2025    Oxunub:1019
2024-cü ildə Azərbaycanda turagentlər və turoperatorlar 166,4 milyon manat gəlir əldə edib.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 2,1 dəfə çoxdur.

Ötən il ölkədə 381 turagent və turoperator fəaliyyət göstərib. Bu, əvvəlki ilə nisbətən 27 % çoxdur. Hesabat dövründə turagentlərin və turoperatorların işçilərinin sayı isə 25,6 % artaraq 2 132-ə çatıb.


AzVision.az


Teqlər:



Xəbər lenti