Quterreş: "Dialoqu alqışlayırıq"

      Quterreş:    "Dialoqu alqışlayırıq"
  15 Avqust 2025    Oxunub:1013
"Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasının iki daimi üzvünün – ABŞ və Rusiyanın ali səviyyəli dialoqunu alqışlayır".
Bu sözləri Baş katibin sözçüsü Stefan Düjarrik mətbuata açıqlamasında dilə gətirib. O bildirib ki, Antoniu Quterreş tərəfləri Ukraynada dərhal atəşkəsə çağırır.

"BMT Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir. Bu məqsədlə dərhal və qeyd-şərtsiz atəşkəs sazişi imzalanmasına çağırır", – sözçü bildirib.

Hərçənd Düjarrik ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin bu gün axşam gözlənilən görüşünün mümkün nəticəsi barədə suallara cavab verməyib. Vurğulayıb ki, BMT liderlərin sammitin yaxından izləyəcək.

"Hər hansı bəhsə girmirik, yalnız bu dialoqu alqışlayırıq. Ümidvarıq ki, tərəflər arasında atəşkəs prosesi hərtərəfli sülhə, eyni zamanda, BMT-nin qətnamələrinə uyğun aparılacaq. Təşkilat rəhbərliyinin bu məsələdə mövqeyi dəyişməyib", – o deyib.
Tramp-Putin görüşü | Proqram təsdiqlənib

Xatırladaq ki, bu gün Alyaska ştatının Ankoric şəhərində ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin görüşəcəklər. Bu, sabiq prezident Co Bayden ilə Vladimir Putin arasında 2021-ci ilin 16 iyununda İsveçrənin Cenevrə şəhərində aparılmış danışıqların ardınca ilk ABŞ-Rusiya liderlər sammiti kimi tarixə düşəcək. Vladimir Putin və Donald Tramp isə axırıncı dəfə 28 iyun 2019-cu il tarixində Yaponiyanın Osaka şəhərində keçirilən "G20" sammitində görüşmüşdülər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   BMT   ABŞ   Rusiya   görüş   reaksiya  



Xəbər lenti