Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib

Şəmkirdə hüquqi-maarifləndirici tədbir keçirilib
  15 Avqust 2025    Oxunub:635
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Qərb Regional Mərkəzinin və Şəmkir rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəmkir rayounda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitutsion hüquqların müdafiəsi mexanizmləri” mövzusunda hüquqi-maarifləndirici tədbir keçirilib.
Qurumdan AzVision.az -a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyən olunmuş əsas insan hüquq və azadlıqları və həmin hüquqların müdafiəsi mexanizmləri, xüsusilə müstəqil insan hüquqları müdafiə mexanizmi kimi Ombudsman təsisatının fəaliyyət istiqamətləri, Ombudsmanın “916” Çağrı Mərkəzi barədə iştirakçılara ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.


AzVision.az



Teqlər:



Xəbər lenti