Fəxri adlara görə 4 716 nəfərə təqaüd verilir

Fəxri adlara görə 4 716 nəfərə təqaüd verilir
  15 Avqust 2025    Oxunub:1032
2025-ci il iyul ayının 1-nə olan vəziyyətə əsasən, Azərbaycanda fəxri adlara görə 4 min 716 nəfər təqaüd alır.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Belə ki, onlardan 246-sı "Xalq" fəxri adına, 4 min 470-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manatdır.


AzVision.az


Teqlər:



Xəbər lenti