Şahin Şıxlinski təcridxanada qalacaq

Şahin Şıxlinski təcridxanada qalacaq
  15 Avqust 2025    Oxunub:625
Yekaterinburq vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski istintaq təcridxanasında qalacaq.
AzVision.az xəbər verir ki, onun vəkilinin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, iyunun 1-də Şahin Şıxlinski və oğlu Mutvali Şıxlinski saxlanılmışdı. Onların saxlanılarkən zorakılığa məruz qalmaları ilə bağlı görüntülər yayılmışdı. Daha sonra hər ikisi azadlığa buraxılsa da, M.Şıxlinski yenidən saxlanılıb və məhkəmə onun barəsində 2 aylıq həbs qətimkan qərarı çıxarıb.

Ş.Şıxlinski avqustun 2-də saxlanılaraq Moskvadan Yekaterinburqa aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti