DSX-də rütbə alan zabitlərlə görüş keçirilib

 DSX-də rütbə alan zabitlərlə görüş keçirilib
  18 Avqust 2025    Oxunub:1405
Dövlət Sərhəd Xidmətinin ali hərbi rütbələr verilən üç hərbi qulluqçusu ilə görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu gün Xidmət rəisi general-polkovnik Elçin Quliyev həmin zabitlərlə görüşüb.

General-mayor Babək Vahid oğlu Qurbanova general-leytenant, polkovniklər Ceyhun Həsən oğlu Nəbiyev və Azər Əliyusif oğlu Şirinova isə general-mayor rütbələri təqdim edilib.

Qeyd edək ki, bu gün Azərbaycan Sərhəd Mühafizəsinin 106-cı ildönümüdür.


Teqlər: DSX  



Xəbər lenti