İsrail Rusiyaya yeni səfir göndərib

İsrail Rusiyaya yeni səfir göndərib
  19 Avqust 2025    Oxunub:821
İsrailin xarici işlər naziri Gideon Saar Rusiyaya yeni səfir təyinatını açıqlayıb.
İsrail mətbuatının yaydığı xəbərə əsasən, bu, hazırda sözügedən nazirliyin baş direktor müavini, həmçinin Yaxın Şərqdə sülh prosesi şöbəsinin rəhbəri Oded Cozefdir.

Məlumata görə, Oded Cozef əvvəllər ölkəsinin Keniyadakı səfiri, habelə Uqanda, Malavi və Seyşel adalarında qeyri-rezident səfiri vəzifələrində çalışıb. Eyni zamanda, Rusiyanın paytaxtı Moskva, ABŞ-nin paytaxtı Vaşinqton şəhərlərində, eləcə də Sinqapurda yerləşən diplomatik missiyalarda işləyib.

Gideon Saarın digər təyinatında isə İsraillin Slovakiyaya yeni səfiri müəyyənləşib. O, nazirliyin Körfəz ölkələri departamentinin direktoru Kobi Yanovskidir. Əvvəllər kursant hazırlığı kursunun keçmiş rəhbəri işləyib, Yaponiyanın paytaxtı Tokio və Çinin Çendu şəhərlərində fəaliyyət göstərib.

Hazırda təyinatların hökumət tərəfindən təsdiqlənməsi gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər: İsrail   Rusiya   Slovakiya   səfir   təyinat  



Xəbər lenti