Milli məkan standartları qəbul edilib
Sözügedən dövlət standartları coğrafi məlumatların toplanması, saxlanması, mübadiləsi, idarə edilməsi, modelləşdirilməsi, vizuallaşdırılması, kodlaşdırılması və təqdim olunması, eləcə də zamanla əlaqəli dəyişikliklərin izlənilməsi prosesləri haqqında qaydaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqi ilə müxtəlif qurumlar arasında məlumatların vahid texniki platforma üzərindən istifadəsi, məkan məlumatlarına şəffaf və asan çıxış, habelə rəqəmsal hökumət və rəqəmsal iqtisadiyyat təşəbbüslərinin həyata keçirilməsi imkanları genişlənəcək.
Yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” (AZSTAND/TK 05) standartlaşdırma üzrə Texniki Komitədə müzakirəyə çıxarılıb və İnstitut onları təsdiqləyərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


