ABŞ müharibədən sonra Kiyevə hesab təqdim edəcək

   ABŞ müharibədən sonra Kiyevə  hesab  təqdim edəcək
  20 Avqust 2025    Oxunub:944
Amerikanın Kiyevi dəstəkləmək üçün yatırdığı vəsait Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra geri qaytarılacaq.
AzVision.az xəbər verir ki, ABŞ-nin Maliyyə naziri Skott Bessent “Fox News” telekanalına müsahibəsində belə deyib.

“Biz, münaqişə başa çatdıqdan sonra Amerika vergi ödəyicilərinə əhəmiyyətli faydalar gətirə biləcək, iqtisadi tərəfdaşlıq yaratmışıq. Biz sərmyələrimizi geri qaytara bilərik. Əgər Ukrayna uğur qazansa, biz bundan faydalanacağıq. Amma bu tərəfdaşlığın bütün potensialı ilə işləməsi üçün münaqişəyə son qoyulmalıdır”, - amerikalı nazir vurğulayıb.

Skott Bessent xatırladıb ki, prezident Donald Tramp əvvəllər Kiyevə maliyyə dəstəyinin dayandırıldığını bəyan edib və Ukraynaya sərmayə qoyuluşu məsələlərində daha ehtiyatlı davranıb.

Qərb Ukraynanın “səma çətiri”ni təmin edəcək?
Buna misal kimi o, silahların Avropa ölkələrinə satılmasını, sonra isə onları yenidən Ukraynaya verilməsini göstərib. Bu sövdələşməyə əsasən ABŞ “səma çətiri” xərclərindən 10 faiz əlavə qazanc götürür.

İki gün əvvəl mənbələr istinad edən “Bloomberg” agentliyi Qərb ölkələrinin Kiyev üçün mümkün təhlükəsizlik təminatları, o cümlədən “səma örtüyü” təminatı kimi variantlar üzərində işlədiyini, lakin konkret planın hələ formalaşmadığını yazıb.

Xatırladaq ki, bu il aprelin sonunda Vaşinqton və Kiyev Ukraynanın təbii sərvətlərinin istismarına dair saziş imzalayıblar. Ukrayna tərəfinin dediyinə görə, saziş ölkə ərazisindəki bütün resursların Kiyevin mülkiyyətində və nəzarətində qalmasına zəmanət verir.

ABŞ faydalı qazıntılar üzrə saziş çərçivəsində hava hücumundan müdafiə (HHM) sistemləri kimi yeni yardımlar da daxil olmaqla, investisiya fonduna töhfə verə biləcək. Fond hər iki tərəfin bərabər səsvermə hüququna malik olduğu paritet əsasda yaradılır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   ABŞ   Ukrayna   hesab  



Xəbər lenti