Ceyhun Bayramov kiprli həmkarı ilə regional məsələləri müzakirə edib

Ceyhun Bayramov kiprli həmkarı ilə regional məsələləri müzakirə edib
  20 Avqust 2025    Oxunub:1061
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Kipr Respublikasının xarici işlər naziri Konstantinos Kombos arasında telefon danışığı aparılıb.
Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AzVision.az -a verilən məlumata görə, Kiprin xarici işlər naziri Azərbaycan Prezidentinin ABŞ-a səfəri zamanı keçirilmiş Zirvə görüşü çərçivəsində Azərbaycan-Ermənistan normallaşma prosesində nailiyyətlər münasibətilə təbriklərini çatdırıb.

Telefon danışığı zamanı Kiprin 2026-cı ilin ilk yarısında Avropa İttifaqı (Aİ) Şurasına Prezidentliyi çərçivəsində planlar, habelə regional məsələlər müzakirə olunub. Kiprin Aİ sədrliyi dövründə bölgəmizdə sülh prosesinə töhfə verməyə hazır olduğu bildirilib.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az



Teqlər:



Xəbər lenti