Peşə məktəblərinə müəllimlərin vakansiya seçiminə start verilib
Test imtahanı mərhələsində uğur qazanaraq keçid balını keçən namizədlər 25 avqust tarixinədək onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə 8 vakant yer seçə bilərlər. Test imtahanı mərhələsinin nəticəsində ümumilikdə 850 namizəd vakansiya seçiminə buraxılıb.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


