Paşinyan: "Xalqımı münaqişədən əl çəkməyə çağırıram"
"Hərçənd vətəndaşlarımız inqilaba qalxmadılar. Çünki onlar da başa düşüblər ki, əks təqdirdə, sülh nə praktiki, nə də nəzəri cəhətdən mümkündür. Başa düşüblər ki, irəli sürdüyüm mövqemdə haqlıyam", – Paşinyan vurğulayıb.
Hökumət başçısının sözlərinə görə, bir qrup şəxs isə "Qarabağ hərəkatı"nı Ermənistanın suverenliyinə və dövlətçiliyinə müdaxilə üçün əlverişli vasitə sayırdı.
"Demək lazımdır ki, bu vasitədən yaxşı faydalandılar. Halbuki artıq sülh dövrü gəlib çatıb. Ermənistan vətəndaşları sülhü məmnuniyyətlə qarşılayırlar. Bu vəziyyəti göstərən çoxlu sübut var", – Baş nazir bildirib.
Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh bəyannaməsi imzalanıb.
Firudin Həmidli
AzVision.az
Teqlər: Ermənistan Azərbaycan sülh danışıqlar







Vaxtında, Aydın, Lazımlı!


