İlon Mask məhkəməyə çağırılıb
Arizona ştatından bir qadın amerikalı milyarderi seçiciləri aldatmaqda və bu prosesdə şəxsi məlumatlarını əldə etməkdə günahlandıraraq ona qarşı məhkəmə iddiası qaldırıb.
“Qadın qaliblərin əslində təsadüfi seçilmədiyini, siyasi komitənin seçki gününə bir neçə gün qalmış təsdiqlədiyi xüsusi meyarlar əsasında müəyyənləşdirildiyini iddia edib. Siyasi komitə bu məlumatı Pensilvaniya ştatının Filadelfiya şəhərinin prokuroru siyasi kampaniyanı “qanunsuz lotereya” kimi qadağan etməyə çalışması fonunda açıqlayıb”, - materialda vurğulanır.
Hakim Pitman, iddiaçının qalibin təsadüfi seçildiyinə inanması ilə razılaşıb və buna görə də İlon Maskın iddialara cavab verməsini zəruri sayıb.
Sahibkarın vəkilləri agentliyin məsələ ilə bağlı şərh sorğusuna cavab verməyiblər. “Bloomberg” növbəti dinləmənin nə vaxt keçiriləcəyini və ya Maskın nə vaxt prosesdə iştirak etməsinin tələb olunacağını açıqlamayıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


