Moskva Avropanın Ukrayna üzrə planını məqbul saymır

   Moskva Avropanın Ukrayna üzrə planını məqbul saymır
  21 Avqust 2025    Oxunub:1280
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Moskva ilə mümkün barışıqdan sonra Ukraynanın təhlükəsizliyinə zəmanət vermək üçün ora qoşun yeritməyi düşünən Kiyevin avropalı müttəfiqlərinin təşəbbüsünü yenidən rədd edib.
AzVision.az xəbər verir ki, bəzi Qərb ölkələri “könüllülər koalisiyası” adlanan birlik tərkibində Ukraynaya qoşun yeritməyi düşünür. Lakin Moskva bu ideya ilə qətiyyətlə və davamlı şəkildə razılaşmır.

“Qərbin Ukrayna tərəfi ilə müzakirələri göstərir ki, bütün bu planlar mahiyyət etibarı ilə Ukrayna ərazisinin hansısa hissəsinə xarici hərbi müdaxilə yolu ilə təminatların verilməsi ilə bağlıdır”, - Rusiya XİN-in rəhbəri Hindistanlı həmkarı ilə danışıqlardan sonra deyib.

Ukraynanın təhülkəsizliyi üçün Moskvanın təklifi | VİDEO
Lavrov bildirib ki, bu cür planlar quranların sadəcə diqqəti özlərinə cəlb etməyə çalışdıqlarına ümid etdiyini bildirib. Amma onlar yəqin ki, bunun Rusiya və Avropanın bütün sağlam düşüncəli siyasi qüvvələri üçün tamamilə qəbuledilməz olacağını anlayacaqlar.

Onun sözlərinə görə, Moskva yalnız 2022-ci ildə İstanbulda keçiriləcək danışıqlarda müzakirə edilən variantı, yəni Rusiya da daxil olmaqla BMT Təhlükəsizlik Şurasının daimi üzvləri tərəfindən təminatların hazırlanmasını nəzərdən keçirməyə hazırdır.

Rusiya və Ukrayna prezidentlərinin görüşünə gəldikdə isə Vladimir Putin buna hazırdır. Amma həmin vaxta qədər bütün lazımi məsələlər işlənib hazırlanmalıdır. Rusiya XİN-in rəhbəri, eyni zamanda, sazişlərin imzalanması məsələsi gündəliyə çıxanda “Ukrayna liderinin legitimliyi” məsələsinin həll olunması zərurətini diqqətə çatdırıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Rusiya   Avropa   Ukrayna  



Xəbər lenti