Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salınıb
  21 Avqust 2025    Oxunub:525
Hazırda Bakıda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
AzVision.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat sürət tablolarında “güclü külək” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

AzVision.az



Teqlər:



Xəbər lenti