Meşə yanğını küləyin təsirilə Ağdama yayılıb

Meşə yanğını küləyin təsirilə Ağdama yayılıb
  21 Avqust 2025    Oxunub:604
Ağdərədə baş verən yanğın güclü küləyin təsirilə Ağdam ərazisinə yayılıb.
AzVision.az xəbər verir ki, Ağdərə şəhəri yaxınlığındakı meşəlik ərazidə baş verən yanğın genişlənərək, Ağdam rayonunun Papravənd kəndi ərazisindəki meşəlik əraziyə yayılıb.

Hadisə yerinə Ağdam, Ağcabədi rayon yanğınsöndürənləri cəlb edilib.

Hazırda yanğın genişlənməsi müşahidə olunur.

AzVision.az



Teqlər:



Xəbər lenti