Cənubi və Şimali Koreya sərhədində atışma yaşanıb
“Koreya Respublikasının ordusu avqustun 19-da ciddi təxribat törədib: cənub sərhəd xətti yaxınlığında daimi hasarlar quran hərbçilərimizin hərəkətlərinə cavab olaraq 12,7 mm-lik ağır pulemyotdan 10-dan çox xəbərdarlıq atəşi açıb”, - Çon Çxolun bəyanatında deyilir.
General-leytenant vurğulayıb ki, insident ABŞ ilə Cənubi Koreyanın birgə keçirdiyi “Ulchi Freedom Shield” təlimləri fonunda baş verib.
Q, qeyd edib ki, Şimali Koreya “cənub sərhədini bağlamaq” və ərazilərin demarkasiyası üçün maneələr qurur ki, bu da son nəticədə “əsas gərginlik amilini aradan qaldıracaq və heç kəsi təhdid etmir”.
- Pxenyan “anlaşılmazlıqların və təsadüfi münaqişənin” qarşısını almaq üçün Cənubi Koreya ordusuna nəzarət etdiyinə inanan ABŞ-ni ən azı iki dəfə (25 iyun və 18 iyul) iş barədə xəbərdar edib”, - Ko Çon Çxol vurğulayıb.
Lakin Cənubi Koreyanın “Yonhap” agentliyinin məlumatına görə, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsi avqustun 19-da günortadan sonra Şimali Koreya qoşunları ölkələr arasında demarkasiya xəttini keçdikdən sonra onlara xəbərdarlıq atəşi açıldığını bildirib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


