Binəqədidə tikinti materialları oğurlayanlar saxlanılıblar

Binəqədidə tikinti materialları oğurlayanlar saxlanılıblar
  23 Avqust 2025    Oxunub:1191
Paytaxtın Binəqədi rayonunda Biləcəri qəsəbə sakininə məxsus yük avtomobilindən 1200 manat dəyərində tikinti materialları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az -a verilən məlumata görə, Binqədi RPİ-nin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı F.Əliyev, 23 yaşlı Ə.Bağırov və 21 yaşlı N.Səfərəlizadə müəyyən olunaraq saxlanılıblar.

Nəsimi rayonunda isə bir nəfərin mobil telefonu və qol saatını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı E.Qasımov da polis əməkdaşları tərəfindən tutulub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir

AzVision.az


Teqlər: DİN  



Xəbər lenti