Yasamalda qadının qətlinə görə cinayət işi açılıb

Yasamalda qadının qətlinə görə cinayət işi açılıb
  23 Avqust 2025    Oxunub:1253
Bakının Yasamal rayonunda avqustun 23-də 1988-ci il təvəllüdlü İradə Muradovanın ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Baş Prokurorluqdan AzVision.az -a verilən məlumata görə, ilkin araşdırmalarla 1977-ci il təvəllüdlü Emin Ağacanovun aralarında yaranmış mübahisə zamanı tanışı İradə Muradovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Emin Ağacanov iş üzrə şübhəli şəxs qismində tutulub.

AzVision.az


Teqlər: Baş-Prokurorluq  



Xəbər lenti