Cəlali: "Rusiyadan qaz gözləyirik"

      Cəlali:    "Rusiyadan qaz gözləyirik"
  25 Avqust 2025    Oxunub:1006
"Rusiya Azərbaycan vasitəsilə İrana qaz nəqlinə tezliklə başlamalıdır".
Bu sözləri İranın Rusiyadakı səfiri Kazım Cəlali "TASS" dövlət xəbər agentliyinə müsahibəsində dilə gətirib. O söyləyib ki, bu məsələ üzrə hazırda "Qazprom" şirkəti ilə danışıqlar aparılır.

"Təqribən bütün məsələlər öz həllini tapıb. Qazın qiyməti barədə də ortaq məxrəcə gəlsək, əməli işə başlanacaq", – səfir söyləyib.

Məlumat üçün bildirək ki, Rusiyanın energetika naziri Sergey Tsivilyev Rusiya qazının mövcud infrastruktur vasitəsilə İrana nəqlinin 2025-ci ildə başlaya biləcəyini demişdi. Bu çərçivədə ildə 1,8 milyard kubmetr qaz satışı nəzərdə tutulur.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   Rusiya   qaz   nəql  



Xəbər lenti