Tramp Müdafiə Departamentinin adını dəyişmək istəyir

 Tramp Müdafiə Departamentinin adını dəyişmək istəyir
  26 Avqust 2025    Oxunub:1148
ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Departamenti adlandıra bilər.
Tramp, bu barədə jurnalistlərə açıqlamasında deyib. Bildirib ki, müdafiə departamentin işinin bir hissəsidir və onun içində hücum da var. "Ancaq mən dəyişəcəyimizi düşünürəm. Müharibə Departamenti olanda bizim inanılmaz bir qələbə tariximiz var idi”,- deyə Tramp əlavə edib.

Qeyd edək ki, Müharibə Departamenti 1789-cu ildə Corc Vaşinqton tərəfindən yaradılıb. O, 1947-ci ildə o vaxtkı prezident Harri Truman tərəfindən yenidən təşkil edilənədək mövcud olub. 1949-cu ildə Müdafiə Departamenti adlandırılıb.

AzVision.az


Teqlər:



Xəbər lenti