İrandan Azərbaycana 6 kq narkotikin keçirilməsinin qarşısı alınıb
Bildirilib ki, avqust ayının 22-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 6 kiloqram 95 qram marixuana, 150 ədəd Gelopain-400, 60 ədəd Portal 0.4 və 60 ədəd Sigomet həbləri aşkar ollunaraq götürülmüşdür.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdiriir.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


