Xocavənd və Ağdərədəki yanğınların söndürülməsinə aviasiya cəlb olunub

Xocavənd və Ağdərədəki yanğınların söndürülməsinə aviasiya cəlb olunub
  26 Avqust 2025    Oxunub:1034
Xocavənd və Ağdərə rayonlarında baş verən yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.
Bu barədə AzVision.az -a FHN-dən məlumat verilib.

Bildirilib ki, küləkli hava şəraiti Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində baş verən yanğınlarla mübarizəni çətinləşdirir, lakin yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

AzVision.az


Teqlər:



Xəbər lenti