Samvel Karapetyan siyasi arenaya çıxır

Samvel Karapetyan siyasi arenaya çıxır
  27 Avqust 2025    Oxunub:978
Erməni mənşəli ruisyalı sahibkar Samvel Karapetyanın yaratdığı yeni partiya sentyabrda özünü rəsmən elan edəcək.
AzVision.az xəbər verir ki, “Johovurd” qəzetinin məlumatına görə, yeni partiya Karapetyanın işlətdiyi “özünəməxsus qaydada” ifadəsi ilə əlaqələndiriləcək.

“Sentyabrda partiyanın qurultayı keçiriləcək. Bundan sonra Karapetyanın qardaşı oğlu Narek Karapetyan faktiki olaraq partiyanı açacaq və yeni siyasi qüvvənin qeydiyyatı üçün Ədliyyə nazirliyinə müraciət edəcək”, - qəzet yazır.

Karapetyan meydana gəncləri atır
Xatırladaq ki, “Taşir” şirkətlər sahibi Samvel Karapetyan iyunun 18-də Ermənistanda hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar ittihamı ilə iki ay müddətinə həbs edilib. Cinayət işi onun bir gün əvvəl erməni kilsəsini müdafiə edən çıxışından sonra açılıb.

Bundan sonra Ermənistan hökuməti Karapetyanın “Ermənistan Elektrik Şəbəkələri” şirkətini milliləşdirmək və hərraca çıxarmaq qərarını açıqlayıb. “Taşir” şirkətlər qrupuna münasibətdə axtarışlar və həbslər aparılıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Karapetyan   partiya  



Xəbər lenti