Almaniyada Putinin şərəfinə sikkə buraxılıb

   Almaniyada Putinin şərəfinə sikkə buraxılıb
  28 Avqust 2025    Oxunub:1107
Almaniyada fəaliyyət göstərən "Compact" ictimai-siyasi jurnalı Rusiya Prezidenti Vladimir Putinin şərəfinə gümüş xatirə sikkəsi buraxıb.
Bu barədə jurnalın "X" hesabında məlumat verilib. Bildirilib ki, sikkənin üzərində Rusiya Prezidentinin portreti və "patriot Vladimir Putin" imzası var.

"Bu suvenir müqaviməti, cəsarəti və Qərbin axını üzərində qələbəni simvollaşdırır", – məlumatda vurğulanıb.

Sikkənin sentyabrın axırında satışa çıxarılacağı diqqətə çatdırılıb.

Məlumat üçün bildirək ki, Almaniya Daxili İşlər Nazirliyi tərəfindən sağçı ekstremist təşkilat sayılan "Compact" jurnalının rəhbəri Yürgen Elzesar Vladimir Putini dəstəklədiyini söyləyir.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Vladimir-Putin   sikkə  



Xəbər lenti