Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub

Ukraynalı komandirin Macarıstana girişi qadağan olunub
  28 Avqust 2025    Oxunub:1187
Budapeşt “Dostluq” neft kəmərinə son hücumu həyata keçirən Ukrayna hərbi birləşməsinin komandirinin ölkəyə girişini qadağan edir.
AzVision.az xəbər verir ki, Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto özünün “Facebook” sosial şəbəkəsindəki səhifəsində yerləşdridiyi video-çarxda belə deyib.

Siyyarto Ukraynanın son vaxtlar Macarıstanın təhlükəsiz enerji təchizatı üçün həyati əhəmiyyət kəsb edən “Dostluq” neft kəmərinə bir neçə hücum həyata keçirdiyini diqqətə çatdırıb.

- “Dostluq” kəməri olmadan Macarıstanı xam neftlə təmin etmək mümkün deyil. Ukrayna bunu yaxşı bilir. Ukrayna “Dostluq” neft kəmərinin Macarıstanın enerji təhlükəsizliyi üçün vacib olduğunu anlayır”, - Macarıstan XİN-in rəhbəri vurğulayıb.

Ukrayna yenə “Dostluq” neft kəmərini vurub | VİDEO
Bu hücumlarla bağlı Ukraynanı ittiham edən diplomat, onların ilk növbədə Rusiyaya yox, Macarıstana və təbii ki, Slovakiyaya zərər verdiyini deyib.

- “Dostluq” neft kəmərinə son hücum son dərəcə ciddi idi. Kəmərin təmir o qədər uzun çəkdi ki, biz strateji və ya qəza halları üçün topladığımız ehtiyatlarımızdan istifadə etməli olduq”, - Peter Siyyarto deyib.

O, qeyd edib ki, Budapeşt enerji təhlükəsizliyinə hər bir hücumu “suverenliyə hücum” kimi qiymətləndirir. Bu baxımdan, Macarıstanın suverenliyinə qarşı heç bir hücum qarşılıqlı nəticə olmadan qala bilməz.

Bu kontekstdə, Budapeşt “Dostluq” neft kəmərinə son dərəcə ciddi hücumlara görə məsuliyyət daşıyan Ukraynanın hərbi hissəsinin komandirinin Macarıstana və bütün Şengen zonasına daxil olmasına bir neçə il ərzində qadağa qoymaq qəraraına qərarına gəlib.

Macarıstanın Milli İmmiqrasiya İdarəsi həmin ukraynalı hərbçinin adını rəsmən açıqlayıb. Bu, 1975-ci ildə Zakarpatye vilyaətinin Ujqorod şəhərində anadan olmuş Ukrayna vətəndaşı Robert Brovdidir.
Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Macarıstan   Ukrayna  



Xəbər lenti