“Sentyabrda biz elan edilmiş prinsiplərə zidd olmayan detalları müzakirə etməyə başlayacağıq. Regionun kommunikasiyalarının mümkün açılması nəqliyyat xətlərinin keçdiyi ölkələrin yurisdiksiyası altında baş tutmalıdır”, - Ermənistanın baş naziri vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistanın imzaladıqları 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyannaməyə qayıtmağa ehtiyac yoxdur. Çünki 2025-ci il avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub.
|
| Paşinyan: “Sülh var, amma problemlər qalır” |
- Mən bərpa olunmuş sülhü qorumağı öz vəzifəm sayıram və bütün narahatlıq doğuran məsələləri Ermənistan ictimaiyyətinə izah etməyə hazıram”, - baş nazir bildirib.
Bununla belə, sözügedən brifində Nikol Paşinyan Ermənistanla Azərbaycan arasında sülhün yaranmasının tərəflərin bir-birinə sualları olmaması anlamına gəlmədiyini söyləyib.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


