Tədbirdə çıxış edən “Tovuz Baltiya” şirkətinin rəhbəri Naiq Məmmədhəsənov öz dəyərli nitqi ilə görüşə xüsusi maraq qatıb. O, həm şirkətin uzun illərdir həyata keçirdiyi fəaliyyət istiqamətləri barədə danışıb, səmimi fikirlərini bölüşüb.
Naiq Məmmədhəsənov çıxışında həmçinin vurğulayıb ki, “Tovuz Baltiya” şirkəti təkcə daxili bazarda deyil, beynəlxalq səviyyədə də Azərbaycan məhsullarının tanıdılmasına böyük önəm verir. Şirkət “Qarabağ”, “Şuşa”, “Leyli və Məcnun”, “Sarı Gəlin” kimi milli dəyərləri əks etdirən brendlərin xaricdə satışına xüsusi diqqət ayırır və bu istiqamətdə mühüm nailiyyətlər qazanıb.
O, qeyd edib ki, “Made in Azerbaijan” brendi nin beynəlxalq arenada tanıdılmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri danılmazdır. Bu təşəbbüslər sayəsində Azərbaycan məhsulları dünya bazarında özünə möhkəm yer qazanıb və milli mədəniyyətimizi ən yüksək səviyyədə təmsil etməkdədir.
Tədbirin sonunda media nümayəndələrinə şirkətin seçilmiş məhsullarından, o cümlədən 30 illik konyakdan hədiyyələr təqdim olunub. Bu, Tovuz Beverage-in qonaqlara diqqətinin və brendin keyfiyyətli məhsullarını paylaşmaq istəyinin bir ifadəsi kimi qiymətləndirilib. Tovuz Beverage olaraq biz, Azərbaycanın mədəni və iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq və qarşıdakı illərdə də ənənələrimizi davam etdirərək daha böyük nailiyyətlərə imza atmağı hədəfləyirik.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


