Türkiyədə meşə yanğınları baş verib

Türkiyədə meşə yanğınları baş verib
  28 Avqust 2025    Oxunub:556
Türkiyənin Bursa və Amasya vilayətlərində meşə yanğınları baş verib.
Türkiyə KİV-ə istinadən xəbər verir ki, yanğınlardan biri Bursa vilayətinin Yenişehir rayonunda qeydə alınıb. Hadisə ilə əlaqədar Bursa–Yenişehir yolu bağlanıb. Alovun söndürülməsinə havadan və qurudan müdaxilə olunur.

Digər yanğın isə Amasya vilayətində müşahidə olunur. Əraziyə təcili tibbi yardım əməkdaşları və yanğınsöndürənlər cəlb edilib. Yanğının söndürülməsinə bir helikopter, 12 su maşını və 190 nəfərlik şəxsi heyət cəlb edilib.

Hazırda yanğınların səbəbi məlum deyil.


Teqlər:



Xəbər lenti