Google cərimələndi

Google cərimələndi
  23 Aprel 2013    Oxunub:1332
Almaniya Google şirkətini istifadəçilərin fərdi məlumatlarını toplamasına görə 145 min avro cərimələyib.
Hamburq İnformasiya Mühafizəsi üzrə Dövlət Agentliyi Google şirkətinə məxsus `Street View`xidməti üçün fotoşəkillər çəkən avtomobilin köməyi ilə mühafizəsiz simsiz şəbəkələrdən istifadəçi məlumatlarını toplaması ilə bağlı qərar çıxarıb.

İstifadəçi parolları, elektron poçt ünvanları və fotoşəkillər daxil olmaqla məlumatlar 2008-2010-cu illər arasında yığılıb.

Öz növbəsində Google şirkəti qeyd edir ki, heç vaxt istifadəçilərin fərdi məlumatlarını özündə saxlamayıb.

Xatırladaq ki, oxşar pozuntulara görə şirkət 2011-ci ildə Fransa hüquq tənzimləyiciləri tərəfindən 100 min avro məbləğində cərimə olunmuşdu.

Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti