İranda edam olunanların sayı açıqlanıb

   İranda edam olunanların sayı açıqlanıb
  29 Avqust 2025    Oxunub:1319
"Cari ilin əvvəlindən etibarən İranda azı 841 nəfər edam olunub".
"Reuters" xəbər agentliyinin yaydığı xəbərə görə, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Ravina Şamdasani Cenevrədə mətbuata danışarkən məlumat verib. O diqqətə çatdırıb ki, BMT İranda "ölüm hökmünün dövlətin hədə-qorxu aləti kimi işlədilməsini" pisləyir.

"Təkcə iyulda İranın müxtəlif şəhərlərində 110 nəfər edam cəzasının qurbanına çevrilib. Bu rəqəm keçən ilin müvafiq ayında edam olunanların sayından 2 dəfə çoxdur. Eyni zamanda, cari ilin birinci yarısında da rekord sayda edam hökmü yerinə yetirilib", – xanım sözçü vurğulayıb.

Məlumata əsasən, edam məhkumlarının arasında qadınlar, Əfqanıstan vətəndaşları, həmçinin etnik azlıqlar (bəluc, kürd və ərəblər) da var.

Firudin Həmidli
AzVision.az


Teqlər: İran   edam   BMT  



Xəbər lenti